...

Bakı Limanında ümumi yükaşırmanın həcmi 15 faizə yaxın artıb

İqtisadiyyat Materials 9 Fevral 2022 10:31 (UTC +04:00)
Bakı Limanında ümumi yükaşırmanın həcmi 15 faizə yaxın artıb

Bakı. Trend:

Ötən il “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) ümumi yükaşırmanın həcmində 14,6%, quru yükün aşırılması 66%, konteyner daşınması isə 11,6% artıb.

QSC-dən Trend-ə verilən məlumata görə, bununla da proqnoz 104% həcmində icra edilib.

"Müşahidə olunan yük həcminin artımı Azərbaycanın tranzit mövqeyinin regionda möhkəmlənməsinin və xüsusən də, konteynerləşmiş yüklərin artımı Azərbaycan üzərindən keçən dəhlizlərin beynəlxalq logistikaya inteqrasiyasının göstəricisi kimi qiymətləndirilə bilər.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda ümumi yükaşırmanın həcmi 5,6 milyon ton olubdur ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 14,6% çoxdur. Ümumi yükaşırmanın 5,1 milyon tondan çox və ya 92,7%-lik hissəsi tranzit yüklərin payına düşür. Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə olan marağının nəticəsidir". - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti