...

Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb

İqtisadiyyat Materials 11 Fevral 2022 11:59 (UTC +04:00)
Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb

Bakı. Humay Ağacanova - Trend:

Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O bildirib ki, əmək müqaviləsi sistemdə qüvvədə qaldığı üçün bəzi işçilər başqa yerdə işə düzələ bilmirlər.

"Müqavilənin sistemdə qüvvədən salınması ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Bizə müraciət edəndə onları məhkəməyə yönləndiririk. Yeni dəyişikliyə əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinə həmin müqavilələrin qüvvədən salınması üçün səlahiyyət veriləcək", - deyə o əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti