...

Azərbaycanın xarici ticarət dövriyyəsi 50 faizə yaxın artıb

İqtisadiyyat Materials 21 Mart 2022 17:01 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi 50 faizə yaxın artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,58 faiz və ya 3,54 milyard dollar artaraq 4,4 milyard dollardan 7,94 milyard dollara yüksəlib.

Trend Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsinin strukturunda ixrac 5,967 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,18 milyard dollar və ya təxminən 2,15 dəfə çoxdur. İxracın xarici ticarət dövriyyəsindəki payı bir il əvvəlki 63,36 faizə qarşı 75,16 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycanın idxalı 361 milyon dollar və ya 18,27 faiz artaraq 1 milyard 611 milyon dollardan 1 milyard 972 milyon dollara yüksəlib. Xarici ticarət dövriyyəsində idxalın xüsusi çəkisi bir il əvvəl 36,64 faizə qarşı 24,84 faiz təşkil edib.

Nəticədə hesabat dövründə müsbət qalan xarici ticarət dövriyyəsinin saldosu 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2 milyard 819 milyon dollardan çox və ya təxminən 3,4 dəfə artaraq 3 milyard 995 milyon dollardan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti