Bakı. Trend:
Bu ilin ilk rübü ərzində 3.712 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 10,9% artıb.
Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 9.191 olub.