Leobank Rəqəmsal Bank artıq 300 000 müştəriyə sahibdir
Azərbaycanda internet bankçılıq fəal şəkildə inkişaf edir, bu da bazara yeni oyunçuların daxil olmasına köməklik edir. Məsələn, Leobank - Unibank-ın təqdim etdiyi yeni mobil bankçılıq xidməti.
Müasir insanı bank kartı və smartfonsuz təsəvvür etmək mümkün deyil. Bu, təkçə rahatlıq demək deyil, bu həm də dünyanın hansı nöqtəsində olmağınızdan asılı olmayaraq həyatı xeyli asanlaşdıran bir məqamdır. Filiallardan, nümayəndəliklərdən və sənədləşmə işlərindən asılı olmayan onlayn bank olduqda isə, hər şey ikiqat asanlaşır.
Bəs mobil bankdırsa, kartı necə əldə etmək olar? Cavab sualın özündədir. Android və IOS istifadəçiləri üçün Leo tətbiqini yükləmək kifayətdir. Daha sonra üç dəqiqədən çox çəkməyən və minimum sayda sənəd tələb edən sadə qeydiyyat aparılır. Sonda isə kartı qəbul etmək üçün uyğun vaxt və yeri qeyd edin. Bəli, kart bank əməkdaşı tərəfindən çatdırılacaq və ya Unibank-ın sizə rahat olan filialından götürə bilərsiniz!
Kart asanlıqla ApplePay-ə əlavə edilir, ona görə də kartınız evdə qalsa belə, onlayn bank daim cibinizdədir. Ama çətin ki, siz ondan ayrılasınız – dəbli dizayn, zərif qara rəng diqqətsiz qalmaz.
Bəs “Leobank” müştəriləri başqa nə ilə cəlb edə bilər?
Rahat tətbiqdən əlavə, bank müştərilərinə bir neçə sərfəli təkliflər təqdim edir. Onlardan biri, cashback sistemidir. Bəli, bununla bu gün kimisə təcübləndirmək çətindir, lakin bankın partnyorluq proqramı təkmilləşdirilir və dünyanın istənilən yerində etdiyiniz alış-verişlərə görə bonuslar təqdim edir. Kateqoriyaları seçərək, xərclərin 20%-ə qədərini hesaba geri almaq mümkündür.
Bundan əlavə, onlayn bank - istifadəçilərlə gecə-gündüz əlaqədə olmaq deməkdir. Nəinki həmişə cavab verməyə hazır olan əməkdaşlar, həm də suallarınıza başa düşülən, sadə bir dildə cavab alacaqsınız. Leo-nun dəstək xidməti həm zənglərdə, həm də WhatsApp, Telegram, Instagram, Messenger Facebook-da mövcuddur.
Həmçinin, İnternet bankçılıq istifadəçilər arasında sürətli pul köçürmələrinə imkan verir. Leobank kartına pul göndərdikdə, əməliyatlara görə komissiya tutulmur. Əgər köçürməni alan şəxs yaxındadırsa, kartın nömrəsinə ehtiyac yoxdur. Bu, qeyri adi görünə bilər, lakin bu sadəcə onlayn bankın əlavə etdiyi yeni bir xidmətdir – Shake to Pay.
Bu necə işləyir:
- smartfonlarda Leo tətbiqini açın;
- telefonları silkələyin;
- tətbiq yaxınlıqda olan istifadəçini göstərəcək;
- sizə lazım olanı seçin və iki kliklə köçürmə edin!
Bəs filial yoxdursa kartın balansını necə artırmaq olar?
Çox sadə. Bunu iki yolla edə bilərsiniz:
Unibank bankomatları vasitəsilə.
MilliOn, E-Manat, Express Pay ödəniş terminallarının vasitəsilə.
Balansı artırdıqda heç bir komissiya tutulmur. Yeri gəlmişkən, siz həm də pulu faizsiz nağdlaşdıra bilərsiniz, bunun üçün sizə Unibank bankomatı yetərlidir. Tətbiqdə sizə yaxın olan bankomatların siyahısı var və bu sizin işinizi xeyli asanlaşdıracaq.
Gördüyünüz kimi, Leo müştərisi olmaq nəinki çox asan, həm də sərfəlidir.