Bakı. Trend:
Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar zamanı 267 şəxsin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilərək hüquq pozuntusuna yol verən işəgötürənlər barəsində 1.339.300 manat cərimə tətbiq olunub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında qeyd olunub.
Məlumatda qeyd edilib ki, Azərbaycanda məcburi əmək cinayətinin profilaktikasında mühüm rolu olan qeyri-formal məșğulluğun ləğvi sahəsində görülən tədbirlərlə işçilərlə işəgötürənlər arasında 793.258 əmək müqaviləsinin bağlanılması təmin edilib.