...

“Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb

İqtisadiyyat Materials 29 Aprel 2022 13:20 (UTC +04:00)
“Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb

Bakı. Trend:

2022-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 6,2 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Trend-in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayına istinadən məlumatına görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2022-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 30 ölkəsinə 2,1 milyon dollar dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,6 milyon dollar ilə Birləşmiş Krallıq, 1,1 milyon dollar ilə Fransa, 1,1 milyon dollar ilə Lüksemburq, 0,6 milyon dollar ilə BƏƏ və 0,4 milyon dollar ilə Pakistan qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti