...

Zəngilanda "ağıllı kənd" layihəsi beş komponentdən ibarətdir - Aqrar İnnovasiyalar Mərkəzi

İqtisadiyyat Materials 6 May 2022 12:01 (UTC +04:00)
Zəngilanda "ağıllı kənd" layihəsi beş komponentdən ibarətdir - Aqrar İnnovasiyalar Mərkəzi
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsi beş komponentdən ibarətdir.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasov FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, layihə müəssisələrin, evlərin tikintisini, alternativ enerji sahəsində addımları əhatə edir.

"Bu kəndin sakinləri tətbiq vasitəsilə suvarmanı, qaz sistemini idarə edə biləcək. Bunun üçün müvafiq sistemlərin inteqrasiyası üzrə işlər aparılacaq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti