...

Rusiyadan alınan metro qatarlarının ölkəyə gətirilməsində yubanma yoxdur - Sədr müavini

İqtisadiyyat Materials 16 May 2022 15:47 (UTC +04:00)
Rusiyadan alınan metro qatarlarının ölkəyə gətirilməsində yubanma yoxdur - Sədr müavini
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan aldığı yeni qatarların gətirilməsi ilə bağlı danışıqları davam etdirir.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İdarə Heyəti sədrinin müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, müqaviləyə uyğun olaraq aparılan danışıqlarda hələlik heç bir ləngimə yoxdur.
"Danışıqlar davam etdirilir. Prosesdə hələ ki, gecikmə yoxdur. Müqavilənin icrasında heç bir problem yoxdur. Yaxın vaxtlarda danışıqların nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - H.Məmmədov deyib.

Sədr müavini bildirib ki, hazırda metropolitenin sərnişin daşımasında da bir problem yoxdur: "Qatar parkında sərnişinlərin təhlükəsiz daşınması üçün lazımi şərait var və daşıma yüksək səviyyədə həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti