...

“Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinə start veriləcək

İqtisadiyyat Materials 16 May 2022 17:52 (UTC +04:00)
“Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinə start veriləcək

Bakı. Trend:

17 May 2022-cİ il tarixdə saat 11:00-da Hyatt Regency mehmanxanasında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun ilk görüşü keçiriləcək. Bu tədbirlə adıçəkilən layihənin startı veriləcək.

Trend xəbər verir ki, görüşün açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış edəcəklər.

Hibrid formatda keçiriləcək tədbirdə müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar, banklar, Azərbaycanın diaspor təşkilatları, ölkəmizdə yaşan miqrantların assosiasiyaları və digər qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirakı gözlənilir. Nümayəndələr pul köçürmələri üzrə qiymətləndirlmənin aparılması, bu prosesdə iştirak edən bütün aidiyyəti tərəflərin təhlili, innovativ rəqəmsal pul köçürmələri sisteminin yaradılması ilə bağlı yol xəritəsinin hazırlanması və belə bir tətbiq sisteminin sınaqdan keçirilməsi də daxil olmaqla layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumatlandırılacaqlar. Tədbir iştirakçıları, həmçinin miqrasiya və pul köçürmələri ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparacaq və layihənin məqsədlərinə çatmaq üçün tərəflər arasında əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

“Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin əsas məqsədi Azərbaycanlı miqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti