Zəngilan. Trend:
Zəngilanda “Ağıllı kənd” layihəsində kənd təsərrüfatı sahəsində bir sıra yeniliklər tətbiq olunur.
Bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, bu yeniliklərdən biri kəndin kənar hissəsində yerləşən böyük əkin sahələrində pilot suvarma sistemlərinin quraşdırılmasıdır.
"Bu sistemlər sayəsində 157 hektar sahəni davamlı olaraq suvarma imkanı əldə olunacaq. Eyni zamanda kənd ərazisində çoxlu sayda iqlim stansiyaları quraşdırılıb. Həmin stansiyalar vasitəsilə avtomatik rejimdə torpağın, havanın temeraturu, küləyin istiqaməti, sürəti, havadakı nəmliyin dərəcəsi və digər məlumatlar elektron qaydada dərhal fermerlərə çatdırılır. Nəticə etibarilə həmin əkin sahəsində nəyə ehtiyac olduğu, hansı risklərin yarandığı dərhal müəyyənləşdirilir. Bu ərazilərdə xüsusən intensiv bağçılığın inkişafı üçün layihələr həyata keçirilir. Kənddə bir çox iş yerləri yaradılıb. Yalnız kənd təsərrüfatı sahəsində yox, meydanda bütün dövlət quurmlarının elektron xidmətlərinin həyata keçirilməsi üçün məntəqələr yaradılıb. Ağıllı məktəb və bağça fəaliyyət göstərəcək. Həmçinin burada ən yüksək sürətli internet xətti quraşdırılıb", - deyə o əlavə edib.