...

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

İqtisadiyyat Materials 10 İyun 2022 13:56 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal həyata keçirilib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat ölkənin xarici ticarət dövriyyəsi 16,825 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 12,784 milyard dollarını ixrac olunmuş məhsulların, 4,04 milyard dollarını isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 8,744 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,9 faiz artıb, real ifadədə isə 9,8 faiz, o cümlədən idxal 4,8 faiz azalıb, ixrac isə 18,3 faiz artıb.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 37,4 faizi İtaliya, 12,3 faiz Türkiyə, 5,6 faizi Rusiya, 4 faizi Çin, 3,5 faizi İsrail, 2,9 faizi Böyük Britaniya, 2,6 faizi Ukrayna, 2,5 faizi Portuqaliya, hər biri 2,4 faiz olmaqla Hindistan, Almaniya və Yunanıstan, 2,1 faizi Gürcüstan, 1,8 faizi İspaniya, 1,6 faizi Tailand, 1,4 faizi Qazaxıstan, 1,1 faizi Tunis, 1 faizi İran, 13 faizi isə digər ölkələrin payına düşüb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti