...

Qanunsuz çıxarılmış 43 işçi əvvəlki işlərinə bərpa etdirilib

İqtisadiyyat Materials 14 İyun 2022 10:13 (UTC +04:00)
Qanunsuz çıxarılmış 43 işçi əvvəlki işlərinə bərpa etdirilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 43 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər işəgötürənlər tərəfindən yenidən əvvəlki işlərinə bərpa olunublar.

Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Həmçinin işəgötürənlər tərəfindən 420 min manatdan çox məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

Görülən tədbirlər nəticəsində həmin vəsait də işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Həmin vəsaitin 99%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti