...

Azərbaycanda nağdsız ödənişlərin 88 faizi təmassız həyata keçirilir

İqtisadiyyat Materials 16 İyun 2022 18:50 (UTC +04:00)
Azərbaycanda nağdsız ödənişlərin 88 faizi təmassız həyata keçirilir

Bakı. Trend:

Azərbaycanda nağdsız ödənişlərin 88 faizi təmassız həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi Rəşad Qasımov Bakıda keçirilən maliyyə texnologiyaları sammitində deyib.

Onun sözlərinə görə, bu artıma ölkədə "Apple Pay" və digər analoji həllərin işə salınması səbəb olub.

"Pul vəsaitlərinin köçürülməsinin 73 faizi elektron bankçılığın payına düşüb. Mərkəzi Bankın strategiyasına uyğun olaraq 2023-cü ilədək hüquqi bazanı optimallaşdırmaq, rəqəmsal infrastrukturu genişləndirmək, əhalinin innovativ alətlər barədə məlumatlandırılması işini aparmaq nəzərdə tutulur", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti