...

Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı artıb

İqtisadiyyat Materials 20 İyun 2022 14:50 (UTC +04:00)
Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 43 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 8,8 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 3,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (28) qeydiyyata alınıb.

“İstanbulnda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumu kapitalı 2,9 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə beş nəqliyyat-logistika, 16 topdan və pərakəndə, 6 inşaat ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Qazaxıstan kapitallı 18 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 3,9 milyon türk lirəsi olub.

2021-ci ildə ən çox Qazaxıstan kapitallı şirkət İstanbulda qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti