...

Gecikdirilmiş 441 min manatın ödənilməsi təmin edilib

İqtisadiyyat Materials 25 İyul 2022 10:46 (UTC +04:00)
Gecikdirilmiş 441 min manatın ödənilməsi təmin edilib

Bakı. Trend:

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 441,6 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 6 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 441,6 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib. Ödənilən vəsaitin 96,8 faizi əməkhaqqı, qalan hissəsi sosial müavinətlər və kompensasiyadan ibarət olub.

Yanvar-iyun aylarında 48 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti