...

Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi münasibətlər sürətlə inkişaf edir - AZPROMO

İqtisadiyyat Materials 24 Avqust 2022 15:34 (UTC +04:00)
Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi münasibətlər sürətlə inkişaf edir - AZPROMO
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi münasibətlər sürətlə inkişaf edir.

Trend-in məlumatına görə, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Qazaxıstan-Azərbaycan işgüzar şurasının birinci iclasında deyib.

O bildirib ki, buna iki ölkə arasında yaradılmış işgüzar şura da kömək göstərir.

"Bu şuraya həm Qazaxıstan, həm də Azərbaycan tərəfindən olmaqla 24 şirkət daxildir. Əminik ki, gələcək inkişaf və şuranın tərkibinin genişlənməsi ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafına daha da kömək göstərəcək", - Y.Abdullayev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti