Bakı. Trend:
1 sentyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 850,3 mln. manat olan 5.023 müraciət üzrə 69,4 mln. manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyde dib ki, 5.005 kredit üzrə sahibkarlara 65,9 mln. manat faiz subsidiyası ödənişi həyata keçirilib.