Bakı. Trend:
2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı 4,2 faiz səviyyəsində gözlənilir.
Trend bu barədə Dünya Bankının yeni hesabatına istinadən məlumat verir.
Qeyd edək ki, bankın iyun hesabatında bu proqnoz 2,7 faiz səviyyəsində idi.
Eyni zamanda, Dünya Bankının proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 2,8 təşkil edəcək. Əvvəlki hesabatda bu rəqəm 0,6 faizə bərabər idi.
2024-cü ildə isə Azərbaycanda ÜDM-in artımı 2,6 faiz təşkil edəcək.
(Tərcümə: Orxan Nəbiyev)