...

Macarıstan Azərbaycan qazını öz enerji kompleksinə daxil etmək niyyətindədir - səfir

İqtisadiyyat Materials 12 Oktyabr 2022 22:48 (UTC +04:00)
Macarıstan Azərbaycan qazını öz enerji kompleksinə daxil etmək niyyətindədir - səfir

Bakı. Trend:

Macarıstan Azərbaycan qazını öz enerji kompleksinə daxil etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu çərşənbə günü Macarıstanın səfiri Tamaş Yozef Torman Macarıstanın Milli Günü və bu ölkənin Azərbaycanla diplomatik əlaqələrinin 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

"Avropanın əhəmiyyətli enerji böhranı ilə üzləşdiyi bu gün Macarıstan Azərbaycana mühüm enerji tərəfdaşı kimi baxır. Biz Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə salınmasını, eləcə də Azərbaycandan qaz tədarükü üzrə Serbiya ilə birgə əməkdaşlığı alqışlayırıq", - deyə səfir bildirib.

Səfir həmçinin Gürcüstan və Rumıniya ilə "yaşıl" enerji layihələrində əməkdaşlıq perspektivlərini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti