...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 29 Oktyabr 2022 09:25 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 28-də 96,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 94,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 94,03 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,98 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti