...

Dünyadakı yüksək infilyasiya büdcə layihələrində xərclərin artmasına səbəb olur - Samir Şərifov

İqtisadiyyat Materials 3 Noyabr 2022 11:36 (UTC +04:00)
Dünyadakı yüksək infilyasiya büdcə layihələrində xərclərin artmasına səbəb olur - Samir Şərifov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ildən başlayaraq xarici amillərin təsiri altında infilyasiya yüksəlib. Bu ilin yanvar-avqust aylarında infilyasiya 13 faizdən artıq olub.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

Nazir bildirib ki, Azərbaycanın əsas strateji tərəfdaş ölkələrində milli valyutaların dəyərsizləşməsi, hazırda qlobal səviyyədə müşahidə olunan yüksək infilyasiya öz təsirlərini göstərməkdədir.

S.Şərifov bildirib ki, yüksək infilyasiya Azərbaycanın dövlət büdcəsindən layihələrə ayrılan vəsaitlərin artmasına səbəb olur. “Artan xərclər dünya bazarında neft və qazın münbit qiymətləri nəticəsində əldə olunan gəlir artımının məhz bu istiqamətdə yönəldilməsini zəruri edir”, - deyə nazir bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti