...

DSMF və İşsizlikdən Sığorta Fondunun ehtiyatlarının investisiya edilməsinə dair qanunvericilik paketi hazırlanıb

İqtisadiyyat Materials 11 Noyabr 2022 16:30 (UTC +04:00)
DSMF və İşsizlikdən Sığorta Fondunun ehtiyatlarının investisiya edilməsinə dair qanunvericilik paketi hazırlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ehtiyatların invesitasiyaya yönəldilməsi ilə bağlı səsləndirilən fikirlərlə tam razıyam. Düşünürük ki, bu, önəmli istiqamətlərdən biridir. Bununla bağlı DSMF-nin və İşsizlikdən Sığorta Fondunun ehtiyatlarının investisiya edilməsinə dair qaydalar, qanunvericilik paketi hazırlanıb və bütün nazirliklər tərəfindən də dəstəklənib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, sənəd hökumət tərəfindən də aidiyyəti üzrə təqdim olunub.

“Hesab edirəm ki, yaxın dövrdə həmin qanunvericilik paketi Milli Məclisə göndəriləcək. Növbəti ildən artıq DSMF və Məşğulluq Agentliyi investisiya fəaliyyəti ilə məşğul ola biləcək. Həmin gəlirlər də, əlbəttə, əhalinin sosial müdafiəsi məqsədlərinə yönəldiləcək”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti