...

Bakı limanındakı yeni terminal yükaşırma gücünü üç dəfə artıracaq - Kamran Cəlilli

İqtisadiyyat Materials 14 Noyabr 2022 12:28 (UTC +04:00)
Bakı limanındakı yeni terminal yükaşırma gücünü üç dəfə artıracaq - Kamran Cəlilli
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Səpkili yük (karbamid) terminalının tikintisi yükaşırma gücünü saatda 200 tondan 600 tonadək artıracaq.

Trend-in məlumatına görə, bunu bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əsas terminalının rəisi Kamran Cəlilli deyib.

Onun sözlərinə görə, səpkili yüklər terminalının 2023-cü ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

"Səpkili yüklər Azərbaycana əsasən Türkmənistan, Qazaxıstan və dögər ölkələrdən daxil olur və Aİ ölkələrinə yola salınır", - K.Cəlilli deyib.

O əlavə edib ki, terminalın istismara verilməsindən sonra səpkili yüklərin aşırma gücü ildə 3 milyon ton təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti