Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 11.774,5 mln. manat olub.
Trend-in məlumatına görə, bu gün bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında bildirib.
“Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3% artaraq 3.082,0 mln. manat təşkil edib. Qeyri neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur”, - deyə qeyd edilib.