...

Azərbaycanda Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb

İqtisadiyyat Materials 1 Dekabr 2022 12:39 (UTC +04:00)
Azərbaycanda Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb və müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir.

Trend-in məlumatına görə, bunu Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin birgə iclasında çıxışı zaman deyib.

O qeyd edib ki, Konsepsiya hazırlanan zaman beynəlxalq təcrübədən istifadə edilib.

Onun sözlərinə görə, Konsepsiyaya əsasən, dövlət ehtiyatları üç istiqamətli olacaq və bunlar strateji ehtiyatlar, fövqəladə ehtiyatları və səfərbərlik ehtiyatlarıdır.

Xəbər lenti

Xəbər lenti