...

Azad olunmuş ərazilərdə işləyən mütəxəssislər üçün birdəfəlik müavinət təyin olunur - Dəyişiklik təsdiqləndi

İqtisadiyyat Materials 9 Dekabr 2022 11:40 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanunda edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislər üçün birdəfəlik müavinət təyin olunması nəzərdə tutulur.

Bu məqsəd ilə qanunun 4-cü maddəsinə 4.0.2.4 bəndi ilə yeni müavinət növü – Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət təsis edilir. Eyni zamanda qanuna əlavə edilən 7.0.14 maddəsi ilə bu kateqoriyadan olan mütəxəssisə verilməsi nəzərdə tutulan müavinətin təyin olunma şərtləri müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə işləmək üçün azı bir il müddətində bağlanmış əmək müqaviləsi olduqda belə mütəxəssislərin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət veriləcəkdir.

Müzakirələrdən sonra dəyşiklik səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti