...

Azərbaycanda 80 milyard manatlıq sənaye məhsulu istehsal edilib

İqtisadiyyat Materials 23 Dekabr 2022 19:55 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-noyabr aylarında 80,0 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,0 faiz artmışdır.

Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma sektorunda, 20,1 faizi emal sektorunda, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,0 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti