...

AMB sabah faiz dəhlizinin parametrləri ilə bağlı qərarı açıqlayacaq

İqtisadiyyat Materials 15 Dekabr 2022 13:10 (UTC +04:00)
AMB sabah faiz dəhlizinin parametrləri ilə bağlı qərarı açıqlayacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı dekabrın 16-da saat 11:00-da ictimaiyyətə açıqlanacaq.

Bu barədə Trend Mərkəzi Banka istinadən məlumat verir.

Xatırladaq ki, oktyabrın 28-də Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz artıraraq səkkiz faizə çatdırmaq qərarına gəlib. Faiz dəhlizinin yuxarı həddi 9,25 faiz səviyyəsində qalıb, aşağı həddi isə bir faiz artırılaraq beş faizə çatdırılıb.

Bu qərarı şərh edən AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, bu, pul siyasətinin əməliyyat strukturunun təkmilləşdirilməsi planlarına uyğun olaraq, faktiki və proqnozlaşdırılan inflyasiya, qlobal və ölkə daxilində baş verən proseslər, iqtisadi mühit, eləcə də gözləntilər nəzərə alınmaqla qəbul edilib.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da inflyasiya təzyiqi qalmaqdadır. Təhlillərə əsasən, faktiki inflyasiyaya əsas ticarət tərəfdaşlarındakı inflyasiya prosesləri təsir edir. Son aylarda artan inflyasiya təzyiqi fonunda milli valyutada əmanətlərin dəstəklənməsi üçün pul-kredit (monetar) siyasətin sərtləşdirilməsi qərara alınıb. Bank sektorunda likvidliyin idarə edilməsi imkanlarının daha da gücləndirilməsi və qısamüddətli pul bazarında kredit fəaliyyətinin faiz dərəcələri vasitəsilə tənzimlənməsi məqsədilə faiz dəhlizinin daraldılması məqsədəuyğun hesab edilib.

Qeyd olunub ki, qlobal hadisələrlə bağlı AMB sərt monetar siyasət həyata keçirmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti