...

KOBİA ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 16 Dekabr 2022 09:40 (UTC +04:00)
KOBİA ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Dekabrın 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cü iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Georgi Pertaya imzalayıb.

Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiya və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti