...

DSMF-nin proqnozlaşdırılan gəlirlərində 10 faizdən çox artım müşahidə olunur

İqtisadiyyat Materials 26 Dekabr 2022 11:17 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri cari il ərzində 5726,4 milyon manat proqnazlaşdırılır.

Trend-in məlumatına görə, bunu bu gün DSMF-nin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 2021-ci illə müqayisədə 10,6% artım müşahidə olunur.

“Daxilolmalarım həcmi proqnozlara nisbətən 5 faiz artacaq. Əmək pensiyaları üzrə əhaliyə ödənişlər cari il üzrə 4946,2 mln manat olub. Ötən illə müqayisədə 7,8 faiz artım müşahidə olunur”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti