...

Moldova Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir

İqtisadiyyat Materials 4 Fevral 2023 02:30 (UTC +04:00)
Moldova Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir

Bakı. Trend:

Moldova SOCAR və “Romgas SA” şirkətləri arasında imzalanmış sazişə əsasən Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir.

Trend xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu Moldova TVR telekanalına bildirib.

"Bu müqaviləyə əsasən, Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya ötürüləcək. Bu, Moldovanın onu almasına imkan verəcək. Biz bu əlavə qaz mənbəyindən istifadə edəcəyik", - deyə Qrosu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti