Bakı. Trend:
2023-cü ilin yanvar ayında Ukraynadan Türk limanlarına 8 milyon 12 min 640 ton yük daşınıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, Türkiyə bayrağı altında üzən gəmilər Ukraynadan limanlara 388 min 44 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 7 miyon 393 min 115 ton yük çatdırıb.
Bu müddət ərzində Ukrayna bayraqlı gəmilərlə Türkiyə limanlarına 231 min 481 ton yük çatdırılıb. 2023-cü ilin yanvar ayında Türkiyə limanlarına Ukraynadan 742 min 552 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Türkiyə limanları 31 milyon 991 min 861 ton yük qəbul edib.
Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 1 milyon 908 min 95 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 83 min 766 ton olub.
Bununla yanaşı, 2023-cü ilin yanvar ayında Türkiyə limanlarından 6 milyon 497 min 512 ton transit yük daşınıb.