...

Qarabağın bərpası məsələləri üzrə 60-dan artıq iclas keçirilib

İqtisadiyyat Materials 10 Mart 2023 14:59 (UTC +04:00)
Qarabağın bərpası məsələləri üzrə 60-dan artıq iclas keçirilib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Zəngilan. Trend:

Qarabağın bərpası məsələləri üzrə müvafiq işçi qrupların 60-dan artıq iclası keçirilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının Katibliyinin rəhbəri Nüsrət Süleymanov bu gün Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun 62-ci iclasında deyib.

Onun sözlərinə görə, Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpası üzrə 11 işçi qrupu yaradılıb.

"Bildiyiniz kimi, ötən il "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edilib. Proqram 260 dövlət tədbirinin keçirilməsini nəzərdə tutur", - o deyib.

N.Süleymanov işçi qrupların və ilkin iclasların keçirilməsinin planlaşdırılan layihələrin effektiv reallaşdırılmasına şərait yaratdığını deyib.

"Bu gün Qarabağda kəndlərin, infrastrukturların və digər obyektlərin bərpasının layihələndirilməsi üzrə irimiqyaslı işlər aparılır. İşçi qrupların təcrübəsi və iclasların keçirilməsi əraziləri daha effektiv şəkildə bərpa etməyimizə və qısa zamanda vətəndaşlarımızı doğma evlərinə köçürməyimizə imkan verəcək", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti