...

Azərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Su Konvensiyasına qoşulmayıb - Nazir

İqtisadiyyat Materials 16 Mart 2023 11:36 (UTC +04:00)
Azərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Su Konvensiyasına qoşulmayıb - Nazir

Ağdam. Trend:

Azərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasına qoşulmayıb.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə keçirilən strateji məsləhətləşmələr zamanı deyib.

Nazir bildirib ki, bu Konvensiya region ölkələrinin transsərhəd su problemlərinin həlli istiqamətində səylərini birləşdirərək səmərəli əməkdaşlıq edə biləcəyi yeganə mövcud platformadır.

Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti