...

Polşa Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki investisiya imkanları barədə

İqtisadiyyat Materials 4 Aprel 2023 12:45 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il sentyabrın 5-7-də Polşanın Şərqi Araşdırmalar İnstitutu ölkənin Karpaç şəhərində beynəlxqlq iqtisadi forum keçirəcək. Forumda Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki investisiya imkanlarından bəhs olunacaq.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyindəki İqtisadi Elmi Tədqiqat İnstitutunun idarəetmə heyətinin sədri Mahir Hümbətov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunun nümayəndələri iştirak edəcəklər. Forumda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan tikinti işləri və yaradılan investisiya mühiti müzakirə olunacaq", - Mahir Hümbətov qeyd edib.

Qeyd edək ki, İqtisadi Elmi Tədqiqat İnstitutu ölkədə iqtisadi və əlaqəli digər sahələrdə tədbirlərin işlənib hazırlanmasını və təminatını həyata keçirən, bu məqsədlə fundamental və tətbiqi elmi tədqiqatlar, eksperimental araşdırmalar aparan, iqtisadiyyatın, onun ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi və dayanıqlılığının təmin olunması üzrə tədqiqat bazası yaradan, analitik məlumat bazasının və informasiya sistemlərinin yaradılması, proqram və layihələrin hazırlanması, müvafiq sahədə monitorinq və qiymətləndirmələrin aparılması, strateji planlaşdırılma və innovativ inkişafın təmin edilməsi istiqamətlərində fəaliyyət göstərən, habelə yüksəkixtisaslı elmi kadrlar hazırlayan və insan kapitalının inkişaf etdirilməsində iştirak edən beyin mərkəzidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti