...

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün səy göstərməyə davam edəcək - Nazir müavini

İqtisadiyyat Materials 6 Aprel 2023 08:16 (UTC +04:00)
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün səy göstərməyə davam edəcək - Nazir müavini
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Orta dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Qazaxıstan və Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərəcək və biz bu marşrutun inkişafı üçün səy göstərməyə davam edəcəyik.

Bunu Trend-ə müsahibəsində Qazaxıstanın ticarət inteqrasiyası nazirinin müavini Kayrat Torebayev deyib.

O qeyd edib ki, bu nəqliyyat marşrutunun həyata keçirilməsi ticarətə təkan verəcək.

K.Torebayev, həmçinin vurğuladı ki, Orta Dəhliz perspektivləri və layihə ölkələrinə təklif edə biləcəyi potensial faydalara görə Qazaxıstan üçün mühüm marşrutdur.

"İstənilən tranzit iqtisadi dəhlizlərin inkişafına gətirib çıxarır", - nazir müavini bildirib.

Torebayev həmçinin layihənin inkişafına mane olan potensial çətinlikləri, o cümlədən infrastruktur və texniki məhdudiyyətləri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti