...

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin doldurulmasını qarşısında məqsəd qoyub - Nazir

İqtisadiyyat Materials 7 Aprel 2023 15:37 (UTC +04:00)
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin doldurulmasını qarşısında məqsəd qoyub - Nazir
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 40 faiz doludur və tranzit daşıma üçün 20 milyon ton həcm qalır ki, biz bunu qarşımıza məqsəd qoymuşuq.

Trend cümə günü xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasının kuluarlarında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Azərbaycan və Qazaxıstanın neft-qaz şirkətləri olan SOCAR və "KazMunayQaz" arasında imzalanmış sazişin 1,5 milyon ton neftin tranziti üçün nəzərdə tutulduğunu əlavə edib.

"Artıq bu ilin mart ayında Bakı-Tbilisi-Ceyhan marşrutu ilə 20 000 ton tranzit daşınma olub, aprel ayında isə 125 000 ton tranzit daşıma planlaşdırılır. Qazaxıstanın operatorları ilk neft həcmlərini marşrutun sınaqdan keçirilməsi üçün pilot olaraq nəzərdən keçirir", - S.Jumanqarin vurğulayıb.

O, digər istiqamətlərdə də, xüsusən, ticarət sahəsində əməkdaşlığın möhkəmləndiyini qeyd edib.

"Qazaxıstan statistikasına əsasən, qarşılıqlı ticarət dövriyyəmiz təqribən 500 milyon dollara çatıb", - S.Jumanqarin sonda deyib.

Xatırladaq ki, Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti