...

Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi

İqtisadiyyat Materials 11 Aprel 2023 15:07 (UTC +04:00)
Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi

Bakı. Trend:

İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı daha da artıb. Çünki artıq UCard-la yanacaqdoldurma, kafe-restoran və marketlərdə 5% keşbek qazanmaq üçün 200 manat dövriyyə tələbi yoxdur. Qeyd olunan xidmət və ticarət obyektlərində Apple Pay və Google Pay ilə ödəniş edən UCard sahibləri dövriyyə tələbi olmadan, dərhal 5% keşbek qazanacaqlar.

Nəticələrin təhlili göstərir ki, Unibank müştərilərinin əksər hissəsi marketlərdə ödəniş edir. 30 yaşadək gənc müştərilərin Unibank kartını ən çox istifadə etdiyi istiqamət isə kafe-restoranlardır. Unibank müştərisinin keşbek qazanması üçün istiqamət seçməsinə ehtiyac qalmır. Çünki Unibank kartı ilə marketlər, kafe-restoranlar və yanacaqdoldurma məntəqələrində Apple Pay və Google Pay-la ödəniş zamanı kart sahibi 5% keşbek qazanmaq imkanı əldə edir.

Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində UCard ilə alış- veriş edərkən və xidmətlərdən istifadə zamanı xərclənən vəsaitdən keşbek qazana bilərsiniz.

UCard sahiblərinə 5% keşbek qazandıran ticarət və xidmət kateqoriyaları:

-Dünyanın bütün marketlərində və onlayn marketlərdə - 5%;

-Dünyanın istənilən yanacaqdoldurma məntəqələrində - 5 %;

-Dünyanın istənilən kafe və restoranlarında onlayn sifarişlər də daxil olmaqla – 5%

Ümumi keşbek şərtləri və partnyorların siyahısı ilə daha ətraflı https://unibank.az/az/cards/cashback səhifəsindən məlumat almaq mümkündür. Partnyor və qeyri-partnyor siyahısında istənilən sektordan tərəfdaş tapmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti