...

Tropik meyvələr gömrük rüsumundan azad edilir

İqtisadiyyat Materials 18 Aprel 2023 12:22 (UTC +04:00)
Tropik meyvələr gömrük rüsumundan azad edilir

Bakı. Trend:

Gələn il yanvarın 1-dən Azərbaycana idxal olunacaq tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək.

Trend xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti