...

Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməlqoyma mərasimi keçirilib (FOTO)

İqtisadiyyat Materials 1 May 2023 16:28 (UTC +04:00)
Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməlqoyma mərasimi keçirilib (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Hacıqabul. Trend:

Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməlqoyma mərasimi keçirilib.

Trend bazar ertəsi xəbər verir ki, mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, həmçinin "Uzavtosanoat" səhmdar cəmiyyətinin idarə heyəti sədri Uluqbek Rozukulovun nemayəndə heyəti iştirak edib.

Müəssisədə "Chevrolet", "Cobalt", "Malibu", "Tracker" və "Equinox" kimi markalı avtomobillərin istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli, 3127 saylı "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" Sərəncamı ilə yaradılıb. Ərazisi 60 hektardır, 500-ə yaxın iş yeri açılıb, investisiyaların məbləği isə 51 milyon manatdan çoxdur. Sənaye rayonunun rezidentlərinin sayı 13-dür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti