...

Yanvar-aprel aylarında 106 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

İqtisadiyyat Materials 12 May 2023 10:47 (UTC +04:00)
Yanvar-aprel aylarında 106 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 106 330 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 18 334 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.

Həmin dövrdə 1624 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilir.

Yanvar-aprel aylarında 3295 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 83077 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti