...

ABŞ şirkəti Azərbaycanda zavod açacaq

İqtisadiyyat Materials 23 May 2023 10:40 (UTC +04:00)
ABŞ şirkəti Azərbaycanda zavod açacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ şirkəti Azərbaycanda orqanik gübrə istehsal edən zavod açmağı planlayır.

Bu barədə Trend-ə ABŞ-nin "Rooted Leaf Agritech" şirkətinin baş vitse prezidenti Şavin Hüseyn cümə axşamı deyib.

"Biz buraya [Bakıda keçirilən "Caspian Agro" sərgisində] məhsullarımızı fermerlərə təqdim etmək üçün gəlmişik. Azərbaycanda və bütünlükdə Xəzər dənizi regionunda fəaliyyət göstərməyi planlayırıq. Zavodun açılması fermerləri orqanik gübrələrlə təmin etməyə imkan verəcək. Məhsullarımızın əksəriyyəti bitki mənşəlidir. Bilirik ki, buradakı fermerlər orqanik gübrələrə üstünlük verirlər. Biz bir neçə fermerlə görüşmüşük və ilin sonunadək Azərbaycana dörd növ məhsul tədarük etməyi planlayırıq", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti