...

Azərbaycan şirkəti aqrodronlardan istifadəni genişləndirməyi planlayır

İqtisadiyyat Materials 22 May 2023 09:24 (UTC +04:00)
Azərbaycan şirkəti aqrodronlardan istifadəni genişləndirməyi planlayır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərsun" fosfor gübrələri səpən aqrodronlardan istifadə etməyi planlaşdırır.

Bu barədə Trend-ə şirkətin nümayəndəsi Ramazan İsık deyib.

"Biz Azərbaycanda artıq 3 ilə yaxındır ki, "DJI Agras T30" modelli drondan istifadə edirik. Ondan adətən buğda, arpa, qarğıdalı və pomidor becərilərn tarlalarda istifadə edirik. Bu dronun köməyilə müxtəlif gübrələr və yarpaq yemi səpirik. Onun çəni 30 litrlik tutuma malikdir. Bu həcmlə 2 hektar sahəyə gübrə səpmək mümkündür. Dron təxminən 15 dəqiqə ərzində havada qala bilir. 4 ehtiyat batareyaya malikdir, sürətini saatda 35 km/saatadək çatdırmaq, 3 metr hündürlükdən səpmək mümkündür", - o deyib.

Şirkət nümayəndəsi bildirib ki, fermerlər aqrodronların mühüm üstünlüklərini qeyd edirlər.

"Kənd təsərrüfatı bitkiləri ilə işin müəyyən mərhələlərində əllə işləmək üçün tarlaya aqreqatlarla çıxmaq məhsula ciddi zərər vura bilər, bu səbəbdən dron əvəzedilməzdir. Dronlar sayəsində fermerlər bu cür itkiləri minimallaşdıra bilərlər", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti