...

Qarabağ və Şərqi Zəngəzur üçün xərclər artırılır

İqtisadiyyat Materials 6 İyun 2023 11:01 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur üçün xərclər artırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrılır.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, artımdan sonra bu xərc 5 milyard 260,0 milyon manat məbləğində olacaq.

Ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 33 milyard 779 milyon 500 min manat, xərclərinin 36 milyard 568 milyon 800 min manat məbləğində təsdiq edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti