...

“Günay Sığorta”nın lisenziyası ləğv olundu

İqtisadiyyat Materials 24 İyun 2023 15:30 (UTC +04:00)
“Günay Sığorta”nın lisenziyası ləğv olundu
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Sığorta" ASC-nin lisenziyasını ləğv edib.

Bu barədə Trend-ə AMB-dən məlumat verilib.

Məlumata görə, 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya "Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.

"“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyun 2023-cü il tarixli qərarı ilə “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya ləğv edilib", - məlumatda deyilir.

Qeyd edək ki, "Günay Sığorta"nın nizamnamə kapitalı 11,1 milyon manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti