...

Biznesə dəstək istiqamətində KOBİA-nın fəaliyyəti təqdirəlayiqdir - Nazir

İqtisadiyyat Materials 27 İyun 2023 10:25 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müxtəlif dəstək mexanizmləri ilə daim KOB-ların xidmətindədir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində bildirib.

"Biznesin qurulması və inkişafı, innovativ ideyaların reallaşdırılmasına dəstək istiqamətində Agentliyin fəaliyyəti təqdirəlayiqdir", - nazir əlavə edib.

Qeyd edək ki, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan olunan Mikro, Kiçik və Orta Müəssisələr Günüdür.

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq sahəsində idarəçiliyin müasir tələblərə uyğunlaşdırılması, KOB-ların inkişafının dəstəklənməsi və ölkə iqtisadiyyatında rolunun artırılması KOBİA-nın başlıca fəaliyyət istiqamətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti