...

Azərbaycandan Rusiyaya göndərilən bitki məhsulu sərhəddə saxlanıldı

İqtisadiyyat Materials 26 İyul 2023 16:25 (UTC +04:00)
Azərbaycandan Rusiyaya göndərilən bitki məhsulu sərhəddə saxlanıldı

Bakı. Trend:

Azərbaycandan Rusiyaya 61,2 ton bitki məhsulunun ixracı dayandırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Ümumilikdə Azərbaycandan Rusiyaya ixrac edilən 3 partiya - 47,2 ton təzə pomidor və 1 partiya - 14 ton təzə çiyələk saxlanılıb. Yoxlamalar zamanı fitosanitar sertifikatlara düzəlişlər edildiyi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlmədiyi məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti