...

Bakı limanının ikinci fazası çərçivəsində tikintiyə başlamışıq - Azər Əliyev

İqtisadiyyat Materials 8 Avqust 2023 13:03 (UTC +04:00)
Bakı limanının ikinci fazası çərçivəsində tikintiyə başlamışıq - Azər Əliyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması Azərbaycanın, eləcə də, bütünlükdə regionun nəqliyyat və tranzit potensialını genişləndirməyə imkan verəcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin direktor müavini Azər Əliyev "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, söhbət avtomobil və dəmir yollarının, limanların tikintisindən, nəqliyyat-logistika infrastrukturunun yaradılmasından gedir.

"Bütün bu təşəbbüslərin həyata keçirilməsi ölkəmizi nəqliyyat, xüsusən, tranzit habına çevirməyə imkan verib. Bundan başqa, Orta Dəhlizin rolu sürətlə artır. Azərbaycan Orta Dəhlizin ayrılmaz tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə iş görür", - deyə o qeyd edib.

A.Əliyev nəqliyyat və logistikanın Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynadığını deyib:

"Həmçinin xatırlatmaq istərdim ki, Bakı limanının ikinci fazası çərçivəsində tikintiyə başlamışıq. Bu faza çərçivəsində limanın illik yükaşırma imkanlarının 20 milyon tona və 500 min TEU konteynerə çatdırılması planlaşdırılır", - deyə o əlavə edib.

O, həmçinin, Xəzər dənizi hövzəsində konteynerlərlə yük daşımalarının sayının sürətlə artdığını və bununla əlaqədar olaraq dəniz dərinliyinin artırılması üzərində çalışmağı vacib hesab etdiyini vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti