...

Bakı limanının tikintisinin ikinci fazası üzrə baş planın hazırlanması başa çatmaq üzrədir

İqtisadiyyat Materials 8 Avqust 2023 14:59 (UTC +04:00)
Bakı limanının tikintisinin ikinci fazası üzrə baş planın hazırlanması başa çatmaq üzrədir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı limanının tikintisinin ikinci fazası üzrə baş planın hazırlanması başa çatmaq üzrədir.

Trend xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının strateji planlaşdırma və inkişaf departamentinin rəisi Xudayar Həsənli "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, bu il həm də mineral gübrə terminalının işə salınacağı gözlənilir:

"Terminalın 2,5 milyon tonadək yükaşırma qabiliyyətinin olacağı gözlənilir. Bu terminalın işə salınması Özbəkistandan və Türkmənistandan daha çox miqdarda gübrə cəlb etməyə və onları daha qısa marşrutla Avropaya aşırmağa imkan verəcək. Həmçinin, limanımız vasitəsilə konteynerlərdə ağır sənaye yükləri də aşırılır", - deyə o qeyd edib.

X.Həsənli sonda Özbəkistan tərəfini Bakı limanı ilə əməkdaşlığa çağırıb.

"Bildiyiniz kimi, limanımızım imkanlarını genişləndirməyi planlaşdırırıq. Belə ki, ikinci fazanın sonunda yükaşırma imkanları 25 milyon ton, TEU konteynerlərin aşırılma imkanları isə 500 min olacaq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti